Accessibility links

Çinin rəsmi Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, xilasedicilər ölkənin cənub-şərqindəki Fucian vilayətində baş vermiş kütləvi torpaq sürüşməsindən sonra dağıntılar altından 22 nəfərin cəsədini çıxara bilib.

Dünən güclü yağışlar səbəbilə 100 min kub metr həcmində palçıq və daş Tayninq rayonunun Sanminq şəhərində təmir prosesində olan su elektrik stansiyasının üzərinə sürüşüb.

Sinxua bildirib ki, ilkin məlumatlarda itkin düşdüyü bildirilən 2 nəfər sağ tapılsa da, hazırda daha 17 nəfərin itkin düşdüyü aşkar edilib. İnsident zamanı 7 nəfər isə yaralanıb.

Prezidenti Xi Cinpinq xilasedicilərə sağ qalanları tapmaq üçün axtarış səylərini artırmağa çağırıb. Buna baxmayaraq davam edən güclü yaxış axtarışlara ciddi maneələr törədir.

Çində ölümlə nəticələnən torpaq sürüşmələri tez-tez baş verir.

Ötən dekabr ayında Şenzen şəhərindəki sənaye parkında torpaq sürüşməsi nəticəsində 70-dən çox insan həlak olmuşdu.

XS
SM
MD
LG