Accessibility links

Çindən Amerikaya tanınmış markaların mallarını daşıyanlar nəzarət altına alınıb


Çindən Amerikaya tanınmış markaların saxta mallarını daşıyanlar nəzarət altına alınıb. 29 nəfərin ABŞ-a keçirdiyi UGG, Gucci və Nike kimi məşhur firmaların çəkmə, çanta, snikers və digər saxta məhsullarının dəyəri 325 milyon dollar təşkil edir. Onlar Nyu-Cersi və Nyu-Yorkda ələ keçirilib.

Prokurorluq onlara qarşı saxta mal qacaqmalçılığı da daxil edilməklə konspirasiya ittihamı irəli sürüb. Şübhəlilərdən üçü Tayvandan 50 kiloqram metamfetamina maddəsi keçirib. Hadisə ilə bağlı bir sıra insanın axtarışı elan edilib.

XS
SM
MD
LG