Accessibility links

Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılması barədə sənəd imzalayıb


Azərbaycan-Çin danışıqları

Azərbaycan-Çin danışıqları

Dekabrın 10-da Pekində yüksək səviyyədə Azərbaycan-Çin danışıqlarının yekunlarına görə bir sıra ikitərəfli sazişlər imzalanıb.

Xüsusən, Azərbaycan prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıblar.

Azərbaycan-Çin danışıqları

Azərbaycan-Çin danışıqları

Bundan başqa, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”, “Məhkumların verilməsi haqqında Müqavilə”, “Fitosanitar əməkdaşlıq haqqında Saziş”, “Mülki hava nəqliyyatına dair Saziş”, “2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “İkitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”, “Dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Əliyevin Çin Dövlət Şurasının baş naziri Li Ketsyanla görüşü zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

Çin şirkətləri Azərbaycanda infrastruktur, istehsalat, energetika sahələrində, dəmir yollarının tikintisində və texniki parklar salınmasında maraqlıdır.

Li Ketsyanl bildirib ki, Çin Azərbaycanın təbii resurslarının – neft və qazın işlənməsində fəal iştirak etməyə hazırdır.

Li Ketsyan həmçinin humanitar sahədə, habelə təhsil və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkan olduğunu qeyd edib.

Öz növbəsində, Əliyev deyib ki, Azərbaycan Çinlə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətindədir. O, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycana dəvət edib.

Azərbaycan-Çin danışıqları

Azərbaycan-Çin danışıqları

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, texniki parkların salınması sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

İlham Əliyev qeyd edib ki, Azərbaycan ÇXR sədri Si Cinpin tərəfindən irəli sürülmüş qədim İpək Yolu iqtisadi kəmərinin yaradılması təşəbbüsünü dəstəkləyir.

Azərbaycandan keçən bu yol Çin mallarının Avropaya nəqli üçün ən qısa yol ola bilər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub tranzit dəhlizləri layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır, deyə o bildirib.

Elə bu gün İlham Əliyev Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri Çcan Detszyanla görüşüb.

Çin Parlamentinin rəhbəri Azərbaycanın “vahid Çin” məsələsində dəstəyini yüksək qiymətləndirib.

Əliyev öz tərəfindən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dəstəyinə görə Çinə minnətdarlığını bildirib.

XS
SM
MD
LG