Accessibility links

Çinin ali rəsmisi ölkəsinin Tehranla əlaqələrin gücləndirilməsini istədiyini açıqlayıb


Li Çanqçun İran prezidenti Mahmud Əhmədinejada deyib ki, tərəflər iqtisadi əməkdaşlığı dərinləşdirməlidir

İranın mübahisəli nüvə proqramına görə daha kəskin təcrid olunması barədə Qərbin çağırışlarına baxmayaraq Çinin ali rəsmisi ölkəsinin Tehranla əlaqələrin gücləndirilməsini istədiyini açıqlayıb. İrana səfəri zamanı Kommunist partiyasının rəsmisi Li Çanqçun İran prezidenti Mahmud Əhmədinejada deyib ki, tərəflər iqtisadi əməkdaşlığı dərinləşdirməlidir. Onun sözlərinə görə, Çin nüvə mübahisəsinin diplomatik yolla həllini dəstəkləməyə davam edəcək. Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı ən son sanksiyalarını təsdiq edib. ABŞ-ın iki senatoru Birləşmiş Ştatları İrana investisiya edən Çin şirkətlərini cəzalandırmağa çağırıb.

XS
SM
MD
LG