Accessibility links

Çinin baş naziri Ven Tsiabao Avropa səfərinə başlayıb

  • Amerikanın səsi

Çinin baş naziri Ven Tsiabao Avropa səfərinə başlayıb

Çinin baş naziri Ven Tsiabao Avropa səfərinə başlayıb

Çinin baş naziri Ven Tsiabao Macarıstan, Böyük Britaniya və Almaniyanı əhatə edən Avropa səfərinə başlayıb. Bu gün o, Börminqham şəhərində Çinin maşın zavodunda olub. Ven Tsiabaonun Britaniya səfəri Tibetə azadlıq tələbi ilə kiçik nümayişlə müşayiət edilib. Çinin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, baş nazir Avropa səfərinə Macarıstanın baş naziri Viktor Orban, Britaniyanın baş naziri Deyvid Kameron və Almaniya kansleri Angela Merkelin dəvəti ilə gedib. Görüşlər qarşılıqlı əlaqələr, beynəlxalq və regional narahatlıqların müzakirəsinə həsr ediləcək. Çinin baş naziri Ven Tsiabaonun səfəri iyunun 28-də başa çatacaq.

XS
SM
MD
LG