Accessibility links

Çinin daş kömür mədənlərində baş verən qəzalar onlarla insanın ölümünə səbəb olub


Çinin daş kömür mədənlərində baş verən qəzalar onlarla insanın ölümünə səbəb olub

Çinin daş kömür mədənlərində baş verən qəzalar onlarla insanın ölümünə səbəb olub

Mədənlərdə baş verən qəzalar onlarla insanın ölümünə səbəb olub

Cinin üç daş kömür mədənində baş verən qəzalar nəticəsində azı 30 nəfərin öldüyü, 13-nün isə yerin altında qaldığı bildirilir. Rəsmi Sinxua xəbər agentliyinin bildirdiyinə görə, dünən Şaanxi vilayətində elektrik naqilinin yanğına səbəb olması nəticəsində 28 şaxtaçı həlak olub. Məlumatda eləcə də bildirlir ki, xilasedici dəstələr bu gün səhər 5 şaxtaçının cəsədini aşkar etmişlər.

Sinxua agentliyinin digər məlıumatında deyilir ki, bu gün Hunan vilayətinin daş kömür mədənində baş verən partlayış 2 nəfərin ölümünə səbəb olub. Qansu vilayətindəki şaxtanı su basması nəticəsində isə 13 şaxtaçının yerin altında qaldığı xəbər verilir.

XS
SM
MD
LG