Accessibility links

Çinin qərbində güclü zəlzələ baş verib


Qinqay vilayətində baş verən zəlzələ 400 nəfərin ölümünə səbəb olub

Çinin dövlət mediasınınm bildirdiyinə görə, bu gün səhər ölkənin qərbində, Tibet yaxınlığındakı Qinqay vilayətində 6,9 bal gücündə baş verən zəlzələ azı 400 nəfərin ölümünə, 8 min nəfərin yaralanmasına səbəb olub. Rəsmilər Tibetin Yuşu bölgəsində onlarla məktəbin və evin dağıldığını, şagirdlərin dağıntılar altında qaldıqlarını bildirirlər. Xilasetmə işlərinə yardım məqsədi ilə regiona hərbi qüvvə göndərildiyi deyilir. Lakin Qinqayın yerli polis rəisi Çinin Mərkəzi Televiziyasına müsahibəsi zamanı təbii fəlakətlərin qarşısının alımnası üçün onlarda lazımi avadanlığın olmadığını deyib.

XS
SM
MD
LG