Accessibility links

Çinin yüksək səviyyəli rəsmisi seçkilərdən sonra Birmaya səfər edib


Çinin yüksək səviyyəli rəsmisi seçkilərdən sonra Birmaya səfər edib
Çinin yüksək səviyyəli rəsmisi seçkilərdən sonra Birmaya səfər edib

Theyn Seyn Birmada on illərdir hərbi hakimiyyətə son qoymuş yeni mülki hökumətin rəhbəri kimi keçən həftə vəzifəsinin icrasına başlayıb

Çinin yüksək səviyyəli rəsmisi Birmada ötən həftə yeni prezidentin seçilməsindən sonra ölkəyə səfər edən ilk xarici rəsmi olub. Çinin hakimiyyətdə olan Kommunist partiyasının Milli Komitəsinin rəhbəri Cia Qinqlin yüksək səviyyəli nümayəndə heyəti ilə şənbə günündən bəri Birma paytaxtı Naypyutauda olub. O, bazar ertəsi prezident Theyn Seyn ilə görüşüb və bu haqda məlumat çərşənbə axşamı ictimayyətə çatdırılıb.

Sinhua xəbər agentliyi Çin rəsmisinə istinadən Cianın Thein Seini seçkilərdə qalib gəldiyinə görə təbrik etdiyini haqda məlumat verib. Çin rəsmisi eyni zamanda Birmanın yeni hakimiyyəti dövrü ölkə iqtisadiyyatının surətlə inkişaf edəcəyinə ümid etdiyini bildirib. Theyn Seyn Birmada on illərdir hərbi hakimiyyətə son qoymuş yeni mülki hökumətin rəhbəri kimi keçən həftə vəzifəsinin icrasına başlayıb.

XS
SM
MD
LG