Accessibility links

Çinlə Yaponiya arasında münasibətlər kəskinləşib


Çinlə Yaponiya arasında münasibətlər kəskinləşib

Çinlə Yaponiya arasında münasibətlər kəskinləşib

Çin Yaponiya ilə nazirlər səviyyəsində mübadiləni dayandırıb. Pekinin bu addımı iki yapon patrul gəmisinə dəydikdən sonra çinli balıqçı gəmisinin kapitanının saxlanmasına cavabdır. Çin həmçinin Yaponiya ilə aviasiya və Şərqi Çin dənizində enerji eksplorasiyası üzrə danışıqları təxirə salıb. Şənbə günü 100-ə yaxın çinli etirazçı Yaponiya səfirliyinin qarşısında piket keçirib. Pekin isə Tokyodan kapitanı azad etməyi tələb edir. İnsident Çinlə Yaponiya arasında münasibətlərin son illərdə ən kəskin şəkildə pisləşməsinə gətirib çıxarıb.

XS
SM
MD
LG