Accessibility links

Çinli dissidentin sui-qəsd nəticəsində ölümü araşdırılır

  • Amerikanın səsi

İnsan Haqları qrupu Çin rəsmilərini 1989-cu ildə Tiananmen meydanında demokratiya yönümlü nümayişlərdə iştirak etdiyinə görə həbs edilən tanınmış dissidentin müəmmalı ölümünün araşdırılmasına çağırıb.

Li Vanqyanq dünən Hunan vilayətindəki xəstəxanada, otağında ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

Polis Li-nin sui-qəst etdiyini deyib. Lakin mərhumun ailə üzvləri bu iddianı rədd edərək Li-nin optimist olduğunu və həbsxanada keçirdiyi 20 ildən çox müddət ərzində sui-qəsd törətmək barədə heç bir söz demədiyini bildirib.

İnsan haqları qrupu 62 yaşlı əmək hüquqları fəalının özünü asmaq üçün fiziki olaraq qüvvəsi olmadığını deyib. O, uzun müddət həbsdə işgəncələrə məruz qaldığına görə sağlamlığını itirib.

XS
SM
MD
LG