Accessibility links

Kor çinli dissidentin qardaşı doğma kəndinə qayıdıb


Hüquq müdafiəçisi bildirir kor çinli dissident Çen Quanqçenqin böyük qardaşı kənddəki keşikçilərdən yayınaraq paytaxt Pekinə səfər etdikdən sonra doğma yurduna qayıdıb.

Vəkil Dinq Şikui bildirib ki, ailə dostu Çen Quanqfunun Donqşiqu kəndinə qayıtdığını xəbər verib. Səfərin məqsədi Quanqfunun oğıluna qarşı ittihamlardan qorunmaq üçün paytaxtda vəkillə məsləhətləşmək olmuşdu.

Əmisinin evinə reyd keçirən rəsmilərlə əlbəyaxa olmuş Çenq Keqyuiyə qarşı qətlə cəhd ittihamı irəli sürülüb.

Çen Quanqçenq aprel ayında ev dustaqlığından qaçaraq ABŞ-ın Pekindəki səfirliyində sığınacaq tapmışdı. ABŞ-la Çin arasında yaranan diplomatik qarşıdurma sonrada Çen Quanqçenqin Nyu Yorka gəlişi ilə aradan qalxdı.

İnsan haqları müdafiəçiləri hökumətin Çen Quanqçenqin ailəsinə qarşı repressiyaları gücləndirdiyini deyirlər.

XS
SM
MD
LG