Accessibility links

Çinli fəal üzərində məhkəmə başlayıb


Çinli fəal üzərində məhkəmə başlayıb
Çinli fəal üzərində məhkəmə başlayıb

Çinli insan haqları vəkili və hökumətin torpaq ələ keçirməsinə qarşı mübarizə aparan fəal Pekində məhkəmə qarşısına çıxarılıb.

Ni Yulan və onun əri Donq Ciginin məhkəməsi yüksək təhlükəsizlik şəraitində Pekinin qərbində işə başlayıb.

Məhkəmə sözçüsü prosesin ictimaiyyətə açıq olduğunu bildirib. Amma xarici jurnalistlər, diplomatlar və Ni tərəfdarları məhkəmə zalına buraxılmayıblar.

Ni evlərindən adekvat təzminat verilmədən çıxarılmış sakinlərə göstərdiyi hüquqi yardımlarda fırıldaq və başqa qanunsuzluqlar törətməkdə ittiham edilir.

XS
SM
MD
LG