Accessibility links

Çinli rəssam tələb olunan vergi məbləğini ödədi

  • Amerikanın səsi

Çinli rəssam tələb olunan vergi məbləğini ödədi

Çinli rəssam tələb olunan vergi məbləğini ödədi

Tanınmış çinli rəssam Ay Veyvey vergi rəsmiləri tərəfindən müəyyən edilmiş bank hesabına 1.3 milyon dollar pul qoyub. Dissident bu addımı atmaqla vergidən yayınma ittihamlarının cinayət məhkəməsinə göndərilməsinin qarşısını almağa çalışır.

Rəsmilər bu məbləğdə pulu Veyveydən sabahadək verməyi tələb ediblər. Pulun böyük hissəsi dissidentin tərəfdarlarından gəlib.

Bu ilin əvvəlində heç bir ittihamsız 3 ay saxlanılan Ay Veyvey deyib ki, o, məsələnin inzibati baxışdan keçirilməsinə çalışacaq.

"Zənnimcə udmaq şansı sıfırdır. Çünki bu, əvvəldən siyasi məsələ olub. Onlar vergi məsələsindən istifadə edərək siyasi mübarizə aparırlar. Bu məsələdə udmaq mümkün deyil," deyə appelyasiya prosesinə hazırlaşan rəssam bildirib.

XS
SM
MD
LG