Accessibility links

Çinli rəssam vergidən yayınmaqda ittiham olunur


Çinli rəssam vergidən yayınmaqda ittiham olunur
Çinli rəssam vergidən yayınmaqda ittiham olunur

Çinli rəssam Ay Veyveyin həyat yoldaşı və dostları yüz minlərlə dollar həcmində vergidən yayınma ittihamları üzləşmək üçün yerli vergi idarəsinə çağırıldıqlarını bildirirlər.

Ayın xanımı Lu Çinq rəhbərlik etdiyi Pekin Saxta Mədəni İnkişaflar adlı dizayner şirkəıtinin vəkilləri ilə birlikdə dinləməyə gəlib. Vəkillər şikayət edirlər ki, Ayın həbsi zamanı onun evi və ofisindən vergi sənədlrinin müsadirə edildiyinə görə onlar müdafiə işlərini qura bilmirlər.

Ay Çinin ən məşhur sənətkarlarından biridir və onun əsərləri dünyanın tanınmış qalereyalarında sərgiyə çıxarılıb.

Rəsmilər nəhayət elan etdilər ki, Aya qarşı vergidən yayınma üzrə ittihamlar irəli sürülür və və ötən ay onu zaminə buraxdılar.

XS
SM
MD
LG