Accessibility links

Çinli siyasi məhbus Nobel sülh mükafatı aldı


Çinli siyasi məhbus Nobel sülh mükafatı aldı
Çinli siyasi məhbus Nobel sülh mükafatı aldı

Həbsdə yatan çinli dissident Liu Şiaobo “Çində fundamental insan haqları uğrunda uzun və qeyri-zorakı” mübarizəsinə görə 2010-cu il Nobel sülh mükafatına layiq görülüb. Osloda qərargahlanan Norvec Nobel Komitəsi bu gün verdiyi açıqlamada inandığını bildirib ki “insan haqları ilə sülh arasında sıx əlaqə var.” Liu ötən ilin dekabrında “dövlət hakimiyyətinə qarşı itaətsizliyi alovlandırmaqda” ittiham olunaraq 11 il həbs cəzasına məhkum edilmişdi.O,Çində siyasi islahatlara çağıran Xartiya 08 adlı manifestə müəlliflik etmiş və onu imzalamışdı. Nobel Komitəsi bildirir ki, ağır cəza almasına baxmayaraq Liu Çində insan haqları uğrunda cərəyan edən çoxşaxəli mücadilənin simvoluna çevrilib. Çin hökuməti isə Liunu “kriminal” adlandıraraq Nobel Sülh Komitəsinin onu şərəfləndirməklə prinsiplərinə zidd çıxdığını bəyan edib.

XS
SM
MD
LG