Accessibility links

Yunanıstanın Çios adasında qaçqınlar arasında gərginlik artır [Video]


Yunanıstanın Çios adasında qaçqınlar arasında gərginlik artır
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Yunanıstanın Çios adasında qaçqınlar arasında gərginlik artır

Çios adasında yunanlar və qaçqınlar arasında münaqişə yaranmasından bir həftə sonra bu cür toqquşmaların yenidən baş qaldıracağı ilə bağlı geniş yayılmış narahatlıq mövcuddur. Bəziləri toqquşmalar zamanı qaçqınların çadırlarına yanğın bombaları atıldığını iddia edir.

Qaçqınların ilişib qaldığı Yunanıstanın Çios adasında gərginlik artır.

Onlar adaların qaçqın axının qarşının alınmasında böyük rol oynayacağına qərar veriblər, amma bu rolu oynamaq üçün adalar yetərli dəstəklə təmin edimir.
Corc Karamanis

Bir həftə bundan öncə bura qədim qalanın divarlarından böyük daşlar və bəzi iddialara görə yanğın bombaları atılırdı.

800 insanın yaşadığı Suda adlanan bu qaçqın düşərgəsində heç kəsin ölməməsi sırf təsadüfdür.

Amma bəziləri bunun yenidən baş verəcəyindən narahatdır.

“Bu düşərgədə yaşayan insanlar hələ də çox qorxur, bəziləri də bir neçə gündür çadırlardan kənarda qalır”.

Toqquşmaya səbəb olan və orada baş verən hadisələr mübahisə mövzusudur.

Ancaq yazda Avropaya miqrant axının qarşısını almaq üçün Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan razılıqdan sonra basırıq olan bu yunan adasında təkrar toqquşmalar üçün səbəblər hələ də mövcuddur.

Bəziləri adada artıq yarım ildən uzun bir müddətdir qalır və onların nə zaman adanı tərk edəcəyi və ya sığınacaqla təmin olunacağı məlum deyil. Bu da düşərgədəki insanlar arasında gərginlik yaradır.

Yunanıstanın Lesbos adasındakı Moria düşərgəsində çadırlar yanır
Yunanıstanın Lesbos adasındakı Moria düşərgəsində çadırlar yanır

Məhəmməd Əl-Yassem buraya Suriyadan mart ayının sonunda gəlib.

“Burada hər kəs məzlumdur, çünki edə biləcəyimiz heç nə yoxdur. Bu düşərgədən köçə bilmirik, Afinaya gedə bilmirik, Avopaya gedə bilmirik, heç nə edə bilmirik, sadəcə izləyirik”, deyə o bildirir.

Avropa İttifaqının daha çox qaçqınların gəlməsinin qarşısını almaq cəhləri təkcə qaçqınlara mənfi təsir göstərmir.

Adada mühüm turizm sektorunda azalma və kiçik cinayətlərdə artım müşahidə olunduğu bir vaxt, qonşu Türkiyədən axın edən qaçqınları xoş qarşılayan Yunanıstan əhalisi arasında artıq məyusluq artır.

“Qaçqınları qəbul etmək üçün çox sayda əmək sərf edən Çios vətəndaşlarında informasiya vakuumu var. İndi onların məyus olmaq növbəsidir,” Norveç Qaçqın Şurasından Sebastien Daridan bildirir.

Miqrant
Miqrant

Düşərgəyə edilən hücumlarda əli olan Qızıl Şəfəq adlanan neo-faşist partiyasının həm siyasətçilər həm də qaçqınların narazılığından faydalana biləcəyi ilə bağlı narahatlıq mövcuddur.

Yunanıstan höküməti tərəfindən gərginliyi azaltmaq üçün yeni düşərgənin salınmasına icazə vermədiklərinə görə qınanan bələdiyyə başçısının müavini kimi yerli rəsmilər deyir ki, onlar özlərinin yaratmadığı vəziyyəti həll etmək öhdəliyi verilib.

"Onlar adaların qaçqın axının qarşının alınmasında böyük rol oynayacağına qərar veriblər, amma bu rolu oynamaq üçün adalar yetərli dəstəklə təmin edimir," deyə Corc Karamanis bildirir.

Suda qaçqın düşərgəsində gecə yaxınlaşır. Qaranlıq çökdükcə, gecə baş verə biləcək yeni zorakılıqlarla bağlı narahatlıqlar artır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG