Accessibility links

Amerika Azərbaycanda çirkli pulları müzakirə edib


ABŞ konqresi
ABŞ konqresi

ABŞ Xəzinədarlıq Departamenti katibi müavininin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətlərinə qarşı mübarizə üzrə köməkçisi Bakıda müzakirələr aparıb

ABŞ Xəzinədarlıq Departamenti katibi müavininin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətlərinə qarşı mübarizə üzrə köməkçisi Lük Bronin dekabrın 11-12-də Bakıda səfərdə olub.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, cənab Bronin
Azərbaycan hökuməti və biznes nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə əsasən çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə olunub və İrana qarşı olan beynəlxalq sanksiyaların effektiv formada tətbiq edilməsinin vacibliyinə toxunulub.

“ABŞ, Azərbaycanla olan münasibətlərə böyük önəm verir və Azərbaycan hökumətinin maliyyə pozuntularına qarşı mübarizəsini qiymətləndirir”.

Cənab Bronin eyni məsələləri müzakirə etmək məqsədilə bu həftə Tbilisiyə səfər edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG