Accessibility links

Təbriz Bələdiyyəsində korrupsiya dosyesi ile bağlı tutulanların sayı 24-ə çatıb


Həbib Şiri, Əkrəm Həzrəti və Elmira Xamaçı

Həbib Şiri, Əkrəm Həzrəti və Elmira Xamaçı

Keçən günlərdə Təbriz Bələdiyyəsi iki baş müdirinin saxlanılması ilə Təbriz Bələdiyyəsi və Şəhər Şurasında rüşvət və korrupsiya dosyesi ilə bağlı mart ayından bəri nəzarət altına alınanların sayı 24-ə çatıb.

Bu haqda açıqlama verən Şərqi Azərbaycan vilayətinin baş prokuroru Musa Xəlilullahi hazırda bu dosye ilə bağlı nəzarətdə saxlanılan ən önəmli müttəhimlərin şəhər şurasının 3 üzvü və bələdiyyə başqanının iki müavinindən ibarət olduğunu bildirib.

Baş prokuror tərəfindən açıqlanan məlumat İran Radio-Televiziya Qurumuna məxsus Cam-i Cəm qəzetində dərc edilib.

Tasnim xəbər agentliyi isə adlarını vermədiyi mənbələrə istinad edərək rüşvət dosyesi haqda araşdırmaların bitmədiyinə və gələcək həftələrdə həbslərin davam edəcəyinə dair məlumat yayıb.

Təbriz Şəhər Şurasının toplantısı

Təbriz Şəhər Şurasının toplantısı

Şərqi Azərbaycan Ədliyyəsinin məsulları ilkin istintaq prosesinin qanuna görə gizli aparıldığı üçün rüşvət dosyesi, nəzarət altına alınanlar və məhkəməyə çağırılanlar haqqında ətraflı məlumat verə bilməyəcəklərini söyləyirlər.

Qəzetlər və rəsmi xəbər agentlikləri yaydıqları xəbərlərdə tutulanların adını açıqlamır, amma bəzi mənbələr, o cümlədən Gənc Jurnalistlər KlubuEl Press şəhər şurasının üç üzvünün həbs xəbəri açıqlandıqdan sonra üzvlərdən Elmira Xamaçı, Əkrəm Həzrəti və Həbib Şirinin şuranın təşkil etdiyi rəsmi toplantılara qatılmadıqlarını bildiriblər.

Təbriz İslami Şəhər Şurası 21 üzvdən təşkil olunur. İranda şəhərlər və kəndlərin İslami Şura üzvləri hər dörd ildən bir keçirilən seçkilər vasitəsilə müəyyən olunur. Şəhər Şuralarının əsas vəzifəsi Bələdiyyə Başqanının təyini, bələdiyyə fəaliyyətlərinə nəzarət və şəhər büdcəsini təsdiq etməkdən ibarətdir.

XS
SM
MD
LG