Accessibility links

Bakıda “Formula-1” və GTZ seriyasından avtomobillərin City City Challenge yarışları başlayıb (video)


Bakıda City Challenge yarışları başlayıb
please wait

No media source currently available

0:00 0:00:29 0:00

Bakıda City City Challenge yarışları başlayıb

Yarışlar 300 mln. tamaşaçı auditoriyası olan 120 ölkədə yayımlanır

“Formula-1” və GTZ seriyasından avtomobillərin Bakı küçələrində yarışması ilə City Challenge yarışları başlayıb.

Avtomobillər dənizkənarı bulvar ilə yarışların sponsoru olan КеmpinskiHotel Badamdar tərəfə istiqamət götürüb.

Burada keçirilən qısa mətbuat konfransında Almaniyanın City Challenge şirkətinin icraçı direktoru Harmut Bayer bildirib ki, gözəl şəhərlərdə idman avtomobillərinin görünməsi City Challenge yarışlarının fəlsəfəsidir. Odur ki, City Challenge yarış maşınlarının gözəl Bakı şəhərində yürüşü “məntiqi və qanunauygundur”.

City Challenge-in 300 mln. tamaşaçı auditoriyası olan 120 ölkədə yayımlanması Azərbaycanı və Bakını dünyaya tanıtmaq üçün daha bir imkandır.

Bayerin fikrincə, komanda üzvləri və pilotlar üçün Bakının hündür küçələrində sürmə təcrübəsi maraqlı idi, baxmayaraq ki, onlar sürətə adət ediblər. “Lakin qarşıda üç gün onları sürətli yarışlar gözləyir”, - Bayer qeyd edib.

Yarışlarda tanınmış avtobrendlər, əsasən Mercedes-Benz, Porsche, Lamborghini, McLaren və digər şirkətlərin idman maşınları iştirak edəcək.

İştirakçılar arasında dünya çempionları Jak Vilnev və Yos Ferstappen də var.

Yarışlar Neftçilər prospekti, Azadlıq meydanı və bitişik küçələrdə olacaq. Trasın ümumi uzunluğu 2,1 km.-dir.

Oktyabrın 26-da sərbəst təlim yarışlarndan sonra, oktyabrın 27-də təsnifat və sprinter yarışları olacaq.

Oktyabrın 28-də bütün kateqoriyadan olan maşınların yarışı və yekun parad olacaq.

City Challenge Bakı çərçivəsində uşaqlar üçün şou, konsert və sirk tamaşaları təşkil olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG