Accessibility links

Civic Solidarity: Azərbaycanın hərəkətləri Avropa dəyərlərinə hücumdur


Civic Solidarity-logo

Civic Solidarity-logo

İnsan Haqları Təşkilatları Koalisiyası və Vətəndaş Həmrəyliyi Platforması (Civic Solidarity) Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin boğulmasına görə pisləyən bəyanat yayıb.

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrlik etdiyi 6 ay ərzində hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və hakimiyyəti tənqid edən hər kəsə qarşı “görünməmiş repressiyalar” həyata keçirilib.

ATƏT məkanında 65 QHT-ni birləşdirən Koalisiya və Platforma bu təcrübəyə son qoyulmasını və həbs edilənlərin dərhal azad edilməsini tələb edir.

Bəyanatda Avropa Şurası Baş Katibi Torbyorn Yaqland Azərbaycan vətəndaş cəmiyyətini dəstəkləməyə və əsassız islahatlara görə “cəza” tədbirləri haqqında düşünməyə çağırılır.

“Bu günə qədər Avropa Şurası yalnız qınayıcı hesabatlarla kifayətlənib. Azərbaycanın hərəkətləri Avropa institutları və dəyərlərinə hücumdur və diqqətdən kənar qalmamalıdır”, sənəddə qeyd edilir.

Daha sonra sənəddə Azərbaycan hakimiyyəti tərəfindən repressiyalara məruz qalmış vətəndaş cəmiyyəti fəallarının adları sadalanır və Azərbaycandakı vəziyyət haqqında xüsusi olaraq çəkilmiş filmə baxmaq üçün istinad təqdim edilir: https://www.youtube.com/watch?v=t2sjdYGGbAk&feature=youtu.be

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə demokratiya və insane hüquqlarının təmin edildiyini bəyan edir. Rəsmilər ölkədə hüququn aliliyinin qorunduğunu, Avropa hüquq məkanına daxil olduğunu bildirir.

XS
SM
MD
LG