Accessibility links

İğtişaşları dayandıran tarixi çıxış


Martin Lüter Kinq və Robert Kennedi (Abidə)
Martin Lüter Kinq və Robert Kennedi (Abidə)

Bəzən güclü çıxışlar cəmiyyətləri zorakılığın artmasından saxlaya bilir. Əgər? siz ABŞ-ın İndiana ştatının Indianapolis şəhərinə səfər etsəniz, heykəltaraş Greg Perry tərəfindən hazırlanmış bu məşhur abidəni görə bilərsiniz.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, bu memorial Dr. Martin Lüter Kinq və senator Robert Kennedinin bir-birinə əl uzatması siluetlərini əks etdirir.

Martin Lüter Kinq və Robert Kennedi
Martin Lüter Kinq və Robert Kennedi

Abidənin tarixi çox dərin və emosional komponentə malikdir. Martin Lüter Kinqin öldürüldüyü gecə, Amerikanın bir çox şəhərlərində zorakı iğtişaşlar başlamışdı. Lakin, Indianapolisdə Robert F. Kennedi vətəndaşları nifrətdən sevgiyə doğru hərəkət etməyə çağıraraq çıxış edib. Martin Lüter Kinqin sülh və qeyri-zorakılıq irsini davam etdirməyin əhəmiyyətini daşıyan Kennedinin ismarıcı o gecə və sonrakı həftələrdə Indianapolis şəhərini qiyamdan uzaq saxlanmağa nail olub. Hal-hazırda bu çıxış ABŞ tarixinin ən əhəmiyyətli çıxışlardan biri hesab olunur. Çıxışın bəzi hissələri Arlington Milli Qəbiristanlığında Robert F. Kennedinin xatirəsinə həsr olunmuş abidədə həkk olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG