Accessibility links

Elmar Məmmədyarov: Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi prioritetlərimizdir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olub və Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən Şərq Tərəfdaşlığı və Vişeqrad Qrupunun illik Nazirlər dialoqunda bildirib.

Nazirin fikrincə, bu il fevral ayında Azərbaycan prezidentinin Brüsselə səfəri yeni ikitərəfli sənəd üzrə rəsmi danışıqlar prosesinin başlanması ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb.

“Azərbaycan bu yeni və uzaqgörən sənədin əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına yol açacağına inanaraq, danışıqlar prosesinə daxil olur və inanırıq ki, bu, dəyişkən siyasi və təhlükəsizlik mühiti fonunda tərəflərin ehtiyac və prioritetlərini qarşılayacaq”.

Məmmədyarov bildirib ki, enerji sahəsində strateji əməkdaşlıq əlaqələrin özülü olmaqda davam edir.

“Cənub Qaz Dəhlizi (CQD) istehsalçı, tranzit ölkələri və istehlakçıların maraqları arasında düzgün tarazlığı ilə enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə unikal layihədir. Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yerinə yetirilməsinə qəti siyasi dəstək Azərbaycan tərəfindən təşkil edilən və CQD ölkələri, tərəfdaş dövlətlər və Avropa Komissiyasının yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III Görüşündə bir daha bəyan edilib”.

Nazir deyib ki, Azərbaycan ümumi maraqlara uyğun gələn digər sahələr, o cümlədən uzlaşma, ətraf mühit, təhsil, turizm, mədəniyyət və mobillik, həmçinin insanlararası təmaslar, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində də dialoqu inkişaf etdirmək niyyətindədir.

“Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və trans-regional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub. Bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub”.

O hesab edir ki, strateji Bakı-Tbilisi-Qars (BTQ) layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryol xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq, Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək.

“Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektivliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir. 2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstandan keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər”.

Azərbaycan həmçinin digər önəmli layihənin, illik 25 milyon ton yük potensialı olan və Xəzər dənizində ən böyük və çoxməqsədli limanın-yeni Bakı Beynəlxalq Dəniz Limanınin (Ələt) tikintisinə başlayıb.

Məmmədyarov hesab edir ki, Şərq Tərəfdaşlığının gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır.

“Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir. Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub”.

Nazir eyni zamanda bəyan edib ki, onilliklər davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.

“Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan hökuməti Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz “seçkilər” və “referendum” keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz “referendum” Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib”.

Məmmədyarovun fikrincə, 2016-cı il aprel hadisələri və 25 fevral 2017-ci ildə təmas xəttində baş verən ən son təxribatlar “nə hərb, nə sülh” vəziyyətinin həssaslığını sübut edib.

“Yuxarıda qeyd edilən narahatlıqlara baxmayaraq və Avropa İttifaqı qonşuluğunda geosiyasi və təhlükəsizlik dəyişiklikləri və çağırışları fonunda Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi bizim prioritetlərimiz sırasındadır. Son illərdə Şərq Tərəfdaşlığının ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşdürülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib”.

Bu il aprel ayının sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG