Accessibility links

Hökumətin 24 saatlıq qadağan saatını ləğv etməsindən sonra çoxu kürdlərdən ibarət Cizrə sakinləri bu gün şəhərə, dağılmış evlərinə qayıdıb.

Türkiyə cənub-şərq bölgəsində fəaliyyəti qadağan olmuş PKK-ya qarşı iyul ayından bəri əməliyyatlar apararaq, bir sıra şəhərlərdə qadağan saatı tətbiq edib təhlükəsilzik tədbirləri həyata keçirir.

Prezident Rəcəp Təyyib Ərdoğan ən sonuncu yaraqlı məhv edilənə qədər döyüşlərin davam etdiriləcəyinə söz verib.

Cizrədə dekabr ayından bəri qüvvədə olan 24 saatlıq qadağan saatı yüngülləşdirilərək, axşam saat 7:30-dan səhər 5-ə qədər davam edəcək.

Hökumət 600 yaraqlının öldürülməsindən sonra üç həftə əvvəl Cizrədə PKK-ya qarşı hərbi əməliyyatların sona çatdığını elan edib.

Kürd fəallar isə göstərilən rəqəmlərin müəmmalı olduğunu bildirərək, ölənlər arasında onlarla mülki vətəndaşın da olduğunu deyib.

XS
SM
MD
LG