Accessibility links

Dünya dövlətləri təmiz enerji əldə edilməsi yollarını axtarır [Video]


Dünya liderləri təmiz enerji əldə edilməsi yollarını müzakirə edir
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Keçən ay Paristə 196 ölkənin iqlim dəyilikliyi ilə bağlı razılıq əldə etməsindən sonra investorlar, siyasətçilər və bizneslər qlobal karbon qazının azaldılmasına və təmiz enerji əldə ediləsinə nail olmaq yollarını axtarır. BMT-nin başçılığı ilə investorların Nyu-Yorkda keçiridyi “İqlim Riski” sammitində 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürən, Nyu-York şəhərinin sabiq meri Maykl Blumberq bu məsələ ilə bağlı biznesmenlərə və investorlara müraciət edib.

Maykl Blumberq
Maykl Blumberq

Prezidentliyə namizədliyini irəli sürməyi düşünən Maykl Blumberq “Qlobal İstiləşmə” ilə bağlı mesajlarını davam etdirir. Sabiq mer sadəcə olaraq dəyişikliyə çağırır. “İctimaiyyət əvvəllər su olmayan yerlərdə sellər baş verdikdən sonra “heç nə baş vermir” deyənlərə çox qəzəblənir. Bir yandan da suyun çox olduğu yerlədə quraqlığın olması, xizək komplekslərində isə qarın olmaması. ”

Blumberq deyir ki, Birləşmiş Ştatlar boyu özəl sektor və şəhərlərdəki 500 daş kömür stansiyasından 200-nün bağlanması böyük inkişaflara səbəb olub. O həmçinin Pekində 4 elektrik stansiyasını bağlamaq daxil edilməklə, Çin hökumətinin iqlim dəyişikliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirib.

Kristiana Fiqueres
Kristiana Fiqueres

BMT-nin “İqlim Dəyişikliyi” konfransında çıxış edən Kristiana Fiqueres 2030-cü ilədək yüksək karbon yanacaqlarından istifadə edən bütün müəssisələrin bağlanmalı olacağını deyib. “Biz vəsaiti yalnış enerji sistemlərinə qoysaq, bunun mənfi təsirləri çox böyük olar.”

Sammitin təşkilatçışı qeyri-kommersiya “Ceres” təşkilatı “Clean Trillion” adlı plan həyata keçirmək istəyir. Bu planda yenidən istifadə edilən enerji sahəsinə 44 trillion dollarlıq sərmayə qoyuluşu nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG