Accessibility links

BMT-nin iqlim konfransında qlobal istiləşmə ilə mübarizəyə dair plan qəbul edilib


Dünyanın 190-dan çox nümayəndəsi Meksikada, Kankunda BMT-nin iqlim konfransında sənədlərlə tanış olur.
Dünyanın 190-dan çox nümayəndəsi Meksikada, Kankunda BMT-nin iqlim konfransında sənədlərlə tanış olur.

Dünyanın 190-dan çox ölkəsi razılığı təsdiq edib

Meksikada Kankunda keçirilən BMT-nin iqlim konfransının ikinci həftəsinin sonunda qlobal istiləşmə ilə mübarizəyə dair plan qəbul edilib. Dünyanın 190-dan çox ölkəsi razılığı təsdiq edib. Buraya yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə yardım məqsədi daşıyan bir neçə milyard dollarlıq fondun yaradılması da daxildir. Meksika prezidenti Felipe Kalderon inkişafın əldə olunmasından məmnunluğunu ifadə edib. Razılığa Boliviya etiraz edərək, bildirib ki, sənəd iqlim dəyişikliyinin qarşısının alınması üçün kifayət qədər işləri əhatə etmir. Əldə edilmiş razılıqda həmçinin meşələrin qorunması və təmiz enerji texniologiyaların inkişafı da nəzərdə tutulur.

XS
SM
MD
LG