Accessibility links

Kinorejissor və ətraf mühit fəalı Coş Foksun yeni filmləri [Video]


Kinorejissor və ətraf mühit fəalı Coş Foks mübahisəli məsələlərdən kənar durmur. Onun 2010-cu ildə Oskar mükafatına nominasiya edilən “Gasland” sənədli filmi təbii qazın çıxarılması prosesindən həbs edir. O, 2013-cü ildə “Gasland-2” filmində mövzunu davam etdirib. Hazırdsa isə rejissor “How to Let Go of the World”“Love All the Things Climate Can’t Change” trilogiyasını tamamlayıb.

Yeni filmində Coş Foks suallar verir. "İqlim dəyişikliyinin dəyişə bilmədiyi bir şey varmı? İqlim dəyişikliyi nələri məhv etməyə bilər? Qasırğalara tab gətirəcək nə var?"

Foks deyir ki, bu sualların cavabı bizim özümüzdədir. “Bu bizim daxili dəyərlərimizdir və film də bu dəyərlərdən bəhs edir. Əgər biz həqiqətən də icma qurmağa, insan haqlarını müdafiə etməyə və demokratiya qurmağa başlasaq, özümüzdə sevgi, cəsarət, alicənablıq, yenilik yaratsaq, bu elə başlanğıc deməkdir.”

Foks bütün bu xüsusiyyətləri Sakit okeanın su altında qalmaq təhlükəsi olan adalarında yaşayan insanlarda görür.

Rejissor iqlim dəyişikliyi əleyhdarlarına qoşularaq, Avstraliyanın Nyukastl limanında dünyanın ən böyük daş kömür zavodunun bağlanmasına çağırır. “Film haqda bir söz deməmişdən əvvəl qeyd etməliyəm ki, bizim gördüyümüz işlərin bir tərəfi də var və mən sizə kiçik siyahı da göstər bilərəm: burada suda batmaq, həbs olunmaq, başqa gəmi ilə toqquşmaq, köpək balıqları, Sakit okeanının sualtı cərəyanları, nəhəng dalğalar kimi təhlükələrlə qarşılaşıla bilər.”

“Mənim fikrimcə etirazlar effektiv oldu. Bu eləcə də, bu insanların daxili qələbəsi idi, bizim qələbəmiz idi. Və biz görürük ki, irəliyə getmək üçün qətiyyət ən vacib şeylərdən biridir və bu insanlar böyük qətiyyət nümayiş etdirdilər” deyə. Foks bildirir.

Digər tərəfdən də rejissor Birləşmiş Ştatların Çinin Energetika Departamentinin təhlilçisi Ella Ço ilə birlikdə mənəvi təxəyyül məsələsinə toxunur. “Mənəvi təxəyyül bizə insanın mənəvi dəyərlərini öyrənməyə imkan verir. İnsanın dünya üçün özünün nə etmək istədiyini bilməyə imkan verir.”

Hazırda isə rejissor Coş Foks insanların diqqətini iqlim dəyişikliyi ilə mübarizə səylərinə yönəltmək məqsədilə filmini 100 şəhərdə nümayiş etdirmək üçün tura çıxıb.

XS
SM
MD
LG