Accessibility links

BMT-nin 2014-cü ildə iqlimlə bağlı açıqladığı bir neçə hesabatından görünür ki, Yer kürəsində istiləşmə gedir. Filippində güclü tufan, Kaliforniyada 3 ildir quraqlıq, Antarktikada buzların sürətlə əriməsi buna misaldır.

Prinston universitetinin Geologiya və Beynəlxalq münasibətlər şəbəsindən professor Maykl Oppenheymer bütün bunların 2014-cü ildə iqlim dəyişikliyinə işarə olduğunu deyir. O deyir ki, əgər biz atmosferdə istixanə qazlarını azaltmasaq, planetdə həyat çox pis ola bilər. “Əgər biz istixanə qazlarının azaldılmasına ciddi yanaşmasaq, bu əsrin sonunda temperatur bir neçə dərəcə artacaq və bu, Yer kürəsini milyonlarla il görünməmiş duruma salacaq.”

Openheymer BMT-nin iqlim dəyişikliyi ilə bağlı araşdırmalarına əlavə olaraq, bunun təsirlərinə də diqqət yetirilməsinin vacibliyini önə çəkib.

“Bu o deməkdir ki, hökumətlər daha tez hərəkət etməlidirlər. Çünki Limada və gələn il Parisdə keçiriləcək yığıncaqlarda əsas diqqət buna yönəlib.”

Dekabr ayında Lima yığıncağının iştirakçıları iqlimlə bağlı 2012-ci ildə vaxtı başa çatan Kyoto Protokolunu əvəz edəcək digər razılığın imzalanması üçün Parisdə keçiriləcək yığıncaq üçün yeni layihə hazırlayıb. Yaşıl İqlim Fonduna 10 milyard dollar vəd edilib ki, bu da yoxsul ölkələrin iqlim dəyişikliyinin öhdəsindən gəlməsinə yardım edəcək.

İlkin razılığa əsasən Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələr də tullantıların azaldılmasına yardım üçün zəngin ölkələrə qoşulmalıdır.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri bunun böyük cavabdehlik olduğunu deyib. “Tullantıların yarıdan çoxu inkişaf etməkdə olan ölkələrə aid olduğu üçün onların iştirakı zəruridir.”

Yığıncaqda dünyada ən çox tullantıları olan Birləşmiş Ştatlarla Çin arasında tarixi razılaşma əldı edilib. Birləşmiş Ştatlar tullantılarını 2025-ci ilədək, Çin isə 2030-cu ilədək 26-28 faiz azaldacağı barədə razılığa gəlib.

Bəs digər ölkələr bu razılığıa qoşulacaqmı? Könüllülərin öhdəlikləri mart ayında məlum olacaq.

Dünya Bankının prezidenti Cim Yanq Kim dekabr ayında Xarici Əlaqələr Komitəsində çıxışı zamanı iqtisadi siyasətin açarının qlobal səfərbərlikdə olduğunu deyib. O, bu milli plana uyğun olaraq diqqətlərin karbona yönəldilməsinə, karbonun atmosferə yayılmasından əvvəl onun qarşısının alınmasının vacibliyini vurğulayıb..

XS
SM
MD
LG