Accessibility links

Hillari Klinton Əlcəzair rəsmiləri ilə qonşu Malidə islamçı terrorizmə qarşı mübarizə səylərini müzakirə edir

ABŞ Dövlət katibi Hillari Klinton qonşu Malidə islamçı terrorizmə qarşı mübarizə səylərini müzakirə etmək məqsədilə Əlcəzairə səfər edib. Səfər zamanı xanım Klinton Əlcəzair prezidenti Əbdüləziz Buteflika ilə görüşəcək.

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bildirib ki, xanım Klinton Əlcəzairin Birləşmiş Ştatlar, Fransa və digər ölkələrlə birlikdə Malidə vəziyyətin sabitləşməsi üçün Qərbi Afrika qüvvələrinə qoşula bilməsi məsələsini müzakirə edəcək.

Mart ayında paytaxt Bamakoda hökuməti devrilməsi ilə nəticələnmiş dövlət çevrilişindən sonra islamçı yaraqlılar Malinin şimalında nəzarəti ələ alıb.

Dövlət katibi Klinton deyib ki, islamçı Məğribdə Əl-Qaidə Şimali Afrikada demokratik keçidə mane olmaq məqsədilə digər ekstremist qüvvələrlə fəaliyyət göstərir. O eyni zamanda, qrupun ABŞ-ın Liviyada Benqazidə Amerika səfirinin ölümülə nəticələnmiş hücuma görə məsuliyyət daşıdığını əlavə edib.

Qərbi Afrika ölkələrinin İqtisadi Birliyi Malidə vəziyyətin sabitləşdirilməsi, ordunun yaradılması və yaraqlıların kənarlaşdırılması məqsədilə ölkəyə 3000 nəfərdən ibarət əsgəri qüvvə göndərilməsini təklif edib.
XS
SM
MD
LG