Accessibility links

Dövlət katibi Klinton Belarusu siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırıb

  • Amerikanın səsi

Dövlət katibi Klinton Belarusu siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırıb

Dövlət katibi Klinton Belarusu siyasi məhbusları qeyd-şərtsiz azad etməyə çağırıb

ABŞ Dövlət katibi Hillari Klinton Belarusda siyasi məhbusların qeyd-şərtsiz azad edilməsinə çağırıb və rəsmi Minski demokratiya tərəfdfarlarını cəzalandırdığına görə pisləyib.

Bu gün Litvada Belarus Vətəndaş Cəmiyyəti forumunun üzvlərilə görüşdə danışan xanım Klinton yeddi Belarus fəalına deyib ki, Birləşmiş Ştatlar həbsxanada, ya da məhdudiyyətlər qoyulmuş başqa şəraitdə olan 50 nəfərin azad edilməsi üçün işi davam etdirəcək.

“Biz Avropa İttifaqı və digər demokratik ölkələrlə birlikdə sanksiyalar və səfərlərə qadağalar daxil olmaqla, Lukaşenko rejimi əleyhinə ölçülər götürəcəyik”-deyə ABŞ dövlət katibi bildirib.

Klinton əlavə edib ki, hökumət insan hüquqları sahəsində vəziyyət və demokratiya üçün şəraiti yaxşılaşdırmayana qədər Belarus Birləşmiş Ştatlarla yaxşı əlaqələrə malik olmayacaq.

Dövlət katibi Klinton bu açıqlamaları ATƏT-in keçirdiyi tədbir çərçivəsində verib. O, Rusiyada seçkilərlər bağlı tənqidlərini çatdıraraq dyib ki, insan hüquqları pozuntularını hallarının qarşısını almayan ölkələrdə insanların öz hökumətlərinə etibarı azalır.

Belarus hökuməti müxalifət və hökuməti tənqid edən insanları təqib etdiyini görə ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

XS
SM
MD
LG