Accessibility links

Dövlət katibi Klinton Tacikistan və Özbəkistan liderlərilə insan hüquqları məsələsini müzakirə edir

  • Amerikanın səsi

Dövlət katibi Klinton Tacikistan və Özbəkistan liderlərilə insan hüquqları məsələsini müzakirə edir

Dövlət katibi Klinton Tacikistan və Özbəkistan liderlərilə insan hüquqları məsələsini müzakirə edir

ABŞ Dövlət katibi Hillari Klinton Mərkəzi Asiya regionunda Tacikistan və Özbəkistana səfər edir.

Bu gün paytaxt Düşənbədə danışan xanım Klinton deyib ki, həm Tacikistan, həm Özbəkistanda ölkə liderləri ilə insan hüquqlarını məsələsini müzakirə edəcək.

Dövləti katibi insan hüquqlarını pozmaqda günahlandırılan Özbəkistan prezidenti İslam Kərimovla nə üçün görüşəcəyi sualının cavabında deyib ki, əlaqə yaratmamaq nüfuz göstərə bilməmək deməkdir, bu isə boşluğun insan hüquqlarına hörmət etməyən ölkələr tərəfindən doldurulacağı ilə nəticələnə bilər.

ABŞ Dövlət katibi regiona Mərkəzi Asiya ölkələrilə ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutan yeni İpək Yolu layihəsinə dəstək qazandırmaq məqsədilə səfər edir.

XS
SM
MD
LG