Accessibility links

ABŞ Dövlət katibi Hillari Klinton Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb.

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hillari Klinton Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb.

ABŞ Dövlət katibi Hillari Klinton Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb.

ABŞ Dövlət katibi Hillari Klinton Macarıstanı demokratik təsisatları gücləndirməyə çağırıb. Xanım Klinton rəsmi Budapeşti müstəqil ədliyyə sistemi, azad mətbuat və hökumətdə şəffaflığa səsləyib.

Dövlət katibi Klinton Budapeştdə macar mənşəli Amerika konqresmeni Tom Lantosun adını daşıyan insa hüquqları mərkəzinin açılışında iştirak edib.

Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlardan sonra açıqlama verən xanım Klinton deyib ki, görüş zamanı demokratiya üçün vacib olan ədliyyə və qanunverici hakimiyyətlər arasında tarazlıq prinsipinin gözlənilməsinin əhəmiyyəti müzakirə edilib.

Klinton Şərqi Avropada keçid dövründə olan demokratik ölkələrlə Yaxın Şərq və Şimali Afrikada “Ərəb Baharı” dövrünü yaşayan ölkələrdə siyasi və soial dəyişikliklər arasında paralellər aparıb.

Macarıstanın tənqidçiləri deyir ki, bu il təqdim edilmiş yeni konstitusiya və mətbuat haqda qanun ölkədə demokratik azadlıqlara hədə törədir.

XS
SM
MD
LG