Accessibility links

Dövlət katibi Klinton mərkəzi Avropa və Cənubi Qafqaza səfərinin son dayanacağı olan Gürcüstandadır


Paytaxt Tbilisiyə gəlişindən bir qədər sonra qadın liderlərlə görüşdə çıxış edən xanım Klinton ABŞ-ın Gürcüstana dəstəyini ifadə edib və Rusiyanı ayrılmaq istəyən Cənubi Osetiya və Abxaziya regionlarını işğal etdiyinə görə tənqid edib

ABŞ Dövlət katibi Hillari Klinton mərkəzi Avropa və Cənubi Qafqaz regionuna səfərini bu gün Gürcüstanda başa vurur.

Paytaxt Tbilisiyə gəlişindən bir qədər sonra qadın liderlərlə görüşdə çıxış edən xanım Klinton ABŞ-ın Gürcüstana dəstəyini ifadə edib və Rusiyanı ayrılmaq istəyən Cənubi Osetiya və Abxaziya regionlarını işğal etdiyinə görə tənqid edib.

Dövlət katibi qısa səfəri zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşməlidir.

ABŞ Dövlət katibi bundan öncə Ukrayna, Polşa, Azərbaycan və Ermənistana səfər etmişdir.

Xanım Klinton deyib ki, Obama adinistrasiyasının Rusiya ilə daha yaxşı münasibətlər qurması keçmiş sovet respublikaları və onun səfər etdiyi müttəfiq ölkələr üçün faydalıdır.

XS
SM
MD
LG