Accessibility links

Dövlət katibi Klinton: Hüquq müdafiəçiləri ABŞ diplomatiyasının dəstəyini almalıdır

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Amerika diplomatları ilə görüşdə dünya ölkələrində hüquq-müdafiə təşkilatlarına dəstəyin əhəmiyyətini vurğulayıb

ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların maliyyə dəstəyi ilə çalışan vətəndaş cəmiyyətlərinin müdafiə təşkilatlarına dəstəyini bildirib.

Martın 13-də Vaşinqtonda Amerika diplomatları ilə ənənəvi görüşdə danışan xanım Klinton ABŞ missiya başçılarına dünya ölkələrində qlobal məsuliyyətlərini xatırladıb. O, Amerika diplomatlarının Yaxın Şərq və Şimali Afrikada vətəndaş cəmiyyəti və insan hüquq müdafiə təşkilatlarına dəstək verməyə çağırıb. Xanım Klinton deyib ki, dünya ölkələrində hökumətlərin mane olduğu şəraitdə insan hüquqlarını müdafiə edən təşkilatlara dəstək vermək ABŞ xarici siyasətinin əsaslarından birini təşkil edir.

“Mən indi görürəm ki, insan haqları və demokratiya sahəsində davamlı inkişaf yalnız daxildə baş verə bilər. Lakin bizim öz cəmiyyətlərində dəyişiklik etmək istəyən, o cümlədən, insan haqları və demokratiyanı müdafiə edən qeyri-hökumət təşkilatlatlarının səslərini ucalda bilməsinə kömək etmək kimi vəzifəmiz var”-deyə o bildirib.

Dövlət katibi Klinton bəzi ölkələrin hökumətlərinin ABŞ tərəfindən maliyyələşdirilən hüquq-müdafiə təşkilatlarına qarşı çıxdığını, hətta bu qurumların ölkənin daxili işlərinə müdaxiləni qeyri-qanui olduğunu deyərək, onlar haqda hüquqi qaydada ölçülər götürdüyünü qeyd edib. Xanım Klinton buna misal olaraq keçən il dekabr ayında Misir hökumətinin ölkədə qarışıqlıqlar yaratmaq və xaricdən qeyri-qanuni maliyyə almaqda ittiham etdiyi beynəlxalq demokratik təşkilatlarda çalışan 16 Amerika vətəndaşının işini göstərib.

Dövlət katibi Klinton demokratiyaya keçid dövründə olan bir sıra ölkələrdə bu təşkilatların fəaliyyəti ilə bağlı qanuni sualların yarana biləcəyini əlavə edib, lakin qeyd edib ki, bu qurumların işi iğtişaşların yaradılmasına yönəlməyi və onların fəaliyyəti demokratiyanın dəstəklənməsi üçün önəm daşıyır.

XS
SM
MD
LG