Accessibility links

Hillari Klinton beyin silkələnməsi keçirib


)
)
ABŞ Dövlət Departamenti Dövlət katibi Hillari Klintonun huşunu itirərək yıxıldığını bildirib.

Dövlət katibinin yardımçısı Filip Reynsin açıqladığı bəyanatda xanım Klintonun mədəsində virusa görə su çatışmazlığı probleminin yaranması ilə əlaqədar huşunu itirdiyini və yıxılarkən beyin silkələnməsi keçirdiyini bildirb.

Filip Reyns onun evdə müalicə olunduğunu və həkimlərin tövsiyələrinə əsasən gələn həftə işi evdən davam etdirəcəyini bildirib. O, xanım Klintonun Dövlət Departamenti və başqa rəsmilərlə daim kontaktda olduğunu əlavə edib.

Hillari Klinton mədə virusu ilə əlaqədar bu həftə Yaxın Şərq və şimali Afrika ölkələrinə səfərini təxirə sal.b

ABŞ Dövlət katibi və Amerikanın birinci xanımı olan Hillari Klintonun 65 yaşı var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG