Accessibility links

Hillari Klinton - Həyat yolu (Video)


Şəxsi və siyasi uğursuzluqlarının öhdəsindən gələrək ABŞ-ın ilk qadın prezidenti olmaq üçün prezidentliyə namizədliyini irəli sürən Hillari Klinton cümə axşamı tarixə düşdü. Əgər noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gəlsə, vaxtilə ölkənin birinci xanımı, sonradan Nyu-York ştatından senator və dövlət katibi vəzifəsinə qədər yüksələn Klinton “Xanım prezident” olacaq. Rəy sorğuları isə xanım Klintonun həm sevildiyini, həm də ona nifrət edildiyini göstərib.

2008-ci ildə Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürən Hillari Klinton senatorluğa yenicə başlamış Barak Obamaya məğlub oldu. O vaxt Konsessiyada etdiyi çıxışı zamanı 18 milyion qadının ona verdiyi səsin sayəsində ilkin yarışmalarda qələbə qazanan xanım Klinton ömrü boyu bəzən “şüşə tavan” adlandırılan qadınların qarşısına çıxan maneələri aradan qaldırmaq yolunda mübartizə aparacağına söz verdi. “Biz hələlik həmin tavanı yıxa bilmədik, lakin sizin sayənizdə bu tavanda 18 milyon çat var və həmin çatlardan bizə əvvəllər olmadığı kimi ümid şüaları sızmağa başlayıb. Gələn dəfə bunu etmək daha asan olacaq. ”

Səkkiz il sonra nominasiyanı udan xanım Klinton həmin tavanı sındırmaq və prezident olmaq ümidindədir.

Xoşbəxt, orta sinifdən, Çikaqonun yaxınlığında yaşayan balaca qızın atası Respublikaçı idi. Onun dediyinə görə, o, siyasətə Demokrat anası sayəsində gəlib. Doroti Rodhamın uşaq vaxtı tamam başqa şəraitdə böyümüşdü. “8 yaşında olanda valideyinləri ondan imtina etmiş və Çikaqodan Los-Ancelesə, onu istəməyən nənəsi və babasının yanına göndərmişlər. Lakin insanlar xeyirxahlıq göstərərək ona şans verib. Ac və imkansız anamı görən bir müəllim ona evindən yemək gətirirmiş” deyə, xanım Klinton bildirir.

Hillari gənclik çağlarında Respublikaçı olub. O, siyasətə Velsli kollecində oxuyarkən başlayıb və daha sonra fəaliyyətlərini genişləndirərək, 1969-cü ildə qadın məktəbindəki buraxılış günü nitq söyləyib. Bundan sonra o, Yel hüquq məktəbinə qobul olur və orada mütərəqqi Demokrata çevrilir. Elə oranın kitabxanasında gələcək həyat yoldaşı Bill Klintonla tanış olur.

Bill və Hilları 1975-ci ildə evləniblər. 1978-ci ildə Bill Klinton anadan olduğu Arkanzas ştatına qubernator təyin edilir və Hilları həyat yoldaşı ilə həmin ştata köçür.

Klintonlarin qızı Çelsa Arkanzasda anadan olub. Klintonların həyatından ilk dəfə jurnalist Ron Fornier onlar Arkanzasda yaşayarkən yazıb. Jurnalist onların hər ikisi ilə həm orada, həm də Ağ Evdə yaxınlıq edib. “Bill Klinton gözəl lətifələr söyləyəndir. Hilları Klinton da yumoru sevir. Özünü-tənqid yumoru çoxlarını özündən çıxarır, lakin mən bunu yaxınlaşdırıcı, təbii faktor və səmimiyyət hesab edirəm.

Bill Klintonun Ağ Evdəki sabiq sözçüsü Bob Veyner Amerikanın Səsinə müsahibəsində Bill Klinton və prezident Barak Obama ilə müqayisədə Hillari Klintonun problemləri asanlıqla anlayan və həllini tapmağa çalışan bir insan olduğunu deyib. Lakin o, xanım Klintonda onlarda olan bəzi cəhətlərin olmadığını deyir. “O, xarizmasının olmadığını bilir, lakin onda ağıl və iradə güclüdür.”

Ağ Evdə Bill Klintonun Birləşmiş Ştatların Nümyəndələr Palatrasındakı vəzifəsindən azad edilməsinə səbəb olan Monika Levinski ilə bağlı skandalından çox danışıldı. Ron Furnerin sözlrinə görə, aylar davam edən təhqirlər Hillariyə ağır təsir göstərdi. “O dəyişdi, çünki çox şey onun yolunu kəsdi. O, aldığı çox sayda zərbənin izlərini silməyi bacardı. Həmin zərbələrdən bəziləri isə tamamilə haqsız idi.”

Və Hilları özünün siyasi karyerası uğrunda mübarizəyə qalxdı. 2000-ci ildə o, Nyu-Yorkda ABŞ Senatına keçirilən seçkilərdə qalib gəldi və 2006-cı ildə yenidən seçildi. 2008-ci ildə isə prezident Obama onu dövlət katibi təyin etdi.

Hazırda isə Hilları Klinton özünün siyasi mübarizəsini məşhur biznesmen, lakin qübtləşdirici figur kimi tanınan Donald Trampla davam etdirir.

XS
SM
MD
LG