Accessibility links

ABŞ Dövləti katibi internet azadlığının qarşısını alanlara xəbərdarlıq edib

  • Amerikanın səsi

ABŞ Dövləti katibi internet azadlığının qarşısını alanlara xəbərdarlıq edib

ABŞ Dövləti katibi internet azadlığının qarşısını alanlara xəbərdarlıq edib

ABŞ Dövlət katibi Hillari Klinton internetə nəzarət etməyə çalışan ölkələrə xəbərdarlıq edərək deyib ki, onlar ictimai narazılığın qarşısını daim ala bilməyəcək. Xanım Klinton bildirib ki, ABŞ açıqlıq tərəfdarıdır və internet azadlığı bütün azadlıqlar kimi gərginlik yaratsa da, onun faydalı tərəfləri daha çoxdur.

ABŞ Dövlət katibi internetin bütün üstünlüklərinə baxmayaraq, ondan nifrət məzmunlu fikirlərin yayılması, ya da WikiLeaks-in misalında ABŞ-ın oğurlanmış məxfi sənədlərinin açıqlanması üçün bir alət kimi istifadə edilə biləcəyini qeyd edib.

Dövlət katibi internet azadlığına dair çıxışını Yaxın Şərqdə Twitter və Facebook kimi sosial media səhifələrindən istifadə edən fəlaların səyləri nəticəsində baş qaldırmış etiraz nümayişləri fonunda edib.

Bu ölkələr müxalifləri əzmək üçün veb səhifələri bağlayıb, internet xidmətinə mane olmağa çalışırdı. Lakin xanım Klinton deyib ki, blogerləri, müxalif saytları və xəbər şirkətlərini susduran ölkələr bunu özləri üçün risk hesabına edir.

“Biz inanırıq ki, internet azadlığı qarşısında sədlər çəkən hökumətlər, istər texniki filterlər və senzura olsun, istərsə də söz azadlığı və online toplaşmaq hüququndan istifadə edənlərə qarşı hücumlar, sonda özlərini dalana dirəmiş olacaqlar. Onlar ya divarları götürmək, ya da onları saxlamaq kimi diktator dilemması ilə qarşılacaqlar.”

Dövlət katibi deyib ki, fikir azadlığı və qanunun aliliyi innovasiyalara stimul verir və internet azadlığı qarşısında səd çəkən ölkələr bununla gələcəkdə öz iqtisadi inkişafı qarşısında məhdudiyyətlər qoyur.

Xanım Klinton noyabr ayında WikiLeaks saytında Dövlət Departamentinin minlərlə məxfi sənədinin açıqlanmasından sonra ABŞ-ın imicinə düzəltmək üçün diplomatik səylər aparır. O deyib ki, diplomatik sirlərin saxlanması və şəffaflıq arasında balans olmalıdır. O qeyd edib ki, WikiLeaks-lə bağlı insident sənədlərin oğurlanması ilə başlayıb və sayta qarşı yönəlmiş tənqidlər onun internetdən istifadə etməsilə bağlı deyil. “WikiLeaks bizim internet azadlığı məsələsində öhdəliklərimizi imtahana çəkə bilməz”,-deyə xanım Klinton bildirib.

Dövlət katibi deyib ki, Obama administrasiyası hökumətlərin internetə qoyduğu məhdudiyyətləri aradan qaldırmağa səy göstərən texniki ekspertlər və fəalları dəstəkləyir. Lakin o deyib ki, internetə çıxış imkanları problemini aradan qaldırmaq üçün yeganə həll yolu yoxdur.

“Biz bir neçə vasitəni dəstəkləyirik, buna görə də əgər hökumətlər bunlardan birini hədəf alırsa, başqa imkanlar mövcud olur. Biz ən müasir texnologiyaya investisiya qoyuruq, çünki bilirik ki, repressiv hökumətlər əzmək metodlarını daim yeniləşdirir və buna görə biz də onlardan irəlidə olmaq fikrindəyik.”

Hillari Klinton deyib ki, Dövlət Departamenti dünya xalqları ilə internet vasitəsilə birbaşa dialoqu genişləndirmək fikrindədir. Dövlət Departamenti keçən həftə ərəb və fars dillərində Twitter xidmətinə başlayıb və yaxın zamanlarda buraya Çin, rus və hind dilləri də əlavə olunacaq.

XS
SM
MD
LG