Accessibility links

Klinton NATO-da dövlət katibi kimi son görüşlərini keçirib



ABŞ Dövlət katibi Hillari Klinton NATO-nun xarici işlər nazirlərinin onun iştirakı ilə son görüşündə təhlükəsizlik alyansının səylərinə yüksək qiymət verib.

Klinton Brüsseldə xarici işlər nazirlərinin görüşündə ABŞ-ın baş diplomatı kimi NATO-nun qərargahında vaxtın səmərəli keçdiyini deyib.

Hillari Klinton NATO-ya üzv 28 ölkənin xarici işlər nazirləri ilə görüşdə iştirak edib. Xanım Klinton İkinci Dünya müharibəsindən sonra yaranmış alyansı dünyada sabitlik və təhlükəsizliyin təmin edən ən güclü qurumlardan biri adlandırıb.

Hillari Klintonun 2013-cü ildə vəzifəsindən gedəcəyi gözlənilir. ABŞ prezidenti Barak Obamanın Klintonun yerinə nominasiya edəcəyi namizədlər arasında ABŞ-ın BMT-dəki səfiri Süzan Rays və prezidentliyə keçmişdemokrat namizəd, senator Con Kerrinin adları var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG