Accessibility links

Dövlət katibi Klinton: Novruz 3000 ildən artıqdır dünyada milyonlarla insanın ümidlə baxdığı bir dövrdür


ABŞ Dövlət katibi Hillari Klinton Novruz bayramı münasibətilə təbrik mesajını açıqlayıb.

Mesajda deyilir: “Novruz bayramını qeyd edənlərin hamısına ən xoş arzularımını çatdırıram. Novruz 3000 ildən artıqdır dünyada milyonlarla insanın ümidlə baxdığı bir dövr olub. Şəfqət hissi, ailə və yeniləşmə ruhu Novruzun zəngin mədəni ənənələrinə dərindən hopmuşdur və bizə daha yaxşı dünya qurmaq kimi birgə öhdəliyimizi xatırladır.

Amerika Birləşmiş Ştatlarının xalqı bu yeni ildə sizinlə birgə yeni imkanları salamlayır və ailə və dost münasibətlərinin gücləndirilməsində sizə qoşulur. Yeni sınaqlarla qarşılaşdığımız zaman, biz universal insan hüquqları, eyni zamanda, sülh və inkişafa aparan ifadə azadlığının dəstəklənməsi işinə də sadiq qalırıq. Novruz bayramınız mübarək və bütün günləriniz Novruz kimi olsun.”

ABŞ Dövlət katibibin Novruz mesajı ingilis, ərəb və fars dillərində açıqlanıb.

XS
SM
MD
LG