Accessibility links

Demokratların Milli Qurultayı davam edir


Former President Bill Clinton speaks at the Democratic National Convention in Denver. (2008 file photo)

Former President Bill Clinton speaks at the Democratic National Convention in Denver. (2008 file photo)

Demokratların Milli Qurultayı davam edir. Bu gün 42-ci ABŞ prezidenti Bill Klinton 44-cü prezident Barak Obamanın nominasiyasını təqdim edəcək.

Mişel Obama Demokratların Milli Qurultayının açılış mərasimində çıxış edib. ABŞ-ın birinci xanımı Barak Obamaya dəstəyini nümayiş etdirərək, onun Ağ Ev həyatından bəhs edib. O, Barak Obamanın səhiyyə islahatları planının təxirə salınması məsləhətlərini qəbul etmədiyini deyib. Mişel Obama bildirib ki, siyasi cəhətdən bu islahatların çətinliyinə baxmayaraq, Obama bunu həyata keçirməyə nail olub.

Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən tədbirdə Texasın San Antonio şəhərinin meri, ispan mənşəli Culian Kastro natiqlər arasında olub. O, çıxışını respublikaçıların tənqidinə həsr edib.

Vitse-prezident Co Baydenlə bərabər Barak Obamanın nominasiyanı qəbul edəcəyi mərasim 74 min nəfərlik şəhər stadionunda təşkil ediləcək.

Prezident nominasiyasını rəsmən cümə axşamı qəbul edəcək.
XS
SM
MD
LG