Accessibility links

ABŞ-da prezidentliyə sabiq namizəd Hillari Klinton 2016-cı il prezident seçkilərində respublikaçı rəqibi Donald Trampa məğlub olandan bir həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Vaşinqtonda Uşaqların Müdafiəsi Fonfunun ev sahibliyi etdiyi tədbirə qatılan xanım Klinton ayaq üstə alqışlanıb. Demokrat namizəd etiraf edib ki, Nyu-Yorklu milyarderə gözlənilməz məğlubiyyətindən bəri çətin anlar yaşayır.

İndi mən etiraf edirəm ki, buraya gəlmək mənim üçün asan deyildi. Son bir həftədə bir neçə dəfə elə olub ki, yaxşı bir kitaba sığınıb, ya da itlərimizlə qucaqlaşıb istəmişəm ki, bir də heç zaman evi tərk etməyim.

"İndi mən etiraf edirəm ki, buraya gəlmək mənim üçün asan deyildi. Son bir həftədə bir neçə dəfə elə olub ki, yaxşı bir kitaba sığınıb, ya da itlərimizlə qucaqlaşıb istəmişəm ki, bir də heç zaman evi tərk etməyim," deyə Hillari Klinton bildirib.

Sabiq dövlət katibi və ABŞ senatoru seçki ilə bağlı məyusluğa qalib gəlib Amerikanın inkişafı üçün işləri davam etdirməyə çağırıb.

Tədbirdə Uşaqların Müdafiəsi Fondunun "Beat the Odds" proqramına qatılan 5 şagirdə mükafat təqdim olunub.

Klintonun bu qurumla əlaqələri 1970-ci illərdən başlayıb. O, bu fonda Yeyl Hüquq Məktəbini bitirəndən dərhal sonra qoşulub.

Hillari Klinton və Donald Tramp ikinci debatda üzləşir. Vaşinqton Universiteti. St. Luis. 9 oktyabr, 2016.

Hillari Klinton və Donald Tramp ikinci debatda üzləşir. Vaşinqton Universiteti. St. Luis. 9 oktyabr, 2016.

Prezidentliyə Demokrat namizəd Hillari Klinton 8 noyabrda keçirilən prezident sseçkilərində respublikaçı rəqibi Donald Trampa məğlub olub. Ümumi səslərin çoxunu qazansa da, ştatlara müvafiq elektoral səsverməni uduzan Klinton sabiq dövlət katibi və birinci xanımdır.

Show comments

XS
SM
MD
LG