Accessibility links

Tramp və Klinton kampaniyalarının maliyyələşdirilməsində kəskin uçurum nəzərə çarpır


ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Hillari Klintonun siyasət təkliflərində ciddi fərq mşahidə edilir. Lakin seçki prosesi irəlilədikcə onlar arasında kampaniyalarının maliyyələşdirilməsində də kəskin uçurum nəzərə çarpır.

Federal Seçki Komissiyasının bildirdiyinə görə, Klinton avqust ayında 60 milyon, Tramp isə 42 milyon dollar pul toplayıb. Klintonun kampaniyasının Trampdan 20 milyon dollar əlavə mərsəfi olub.

Aylıq sənədləşdirməyə əsasən isə Klinton Trampdan ümumilikdə 200 milyon əlavə pul xərcləyib.

Ümumi maliyyə toplantısı arasında fərq daha böyükdür. Belə ki, Klinton 386, Tramp isə 170 milyon dollar vəsait toplaya bilib.

Televiziya vaxtları, reklamlar və kadrların ödənişləri olduqca bahalıdır.

Obamanın seçki komitəsi 2012-ci ildə 775 milyon, onun rəqibi Mitt Romni isə 460 milyon dollar sərf etmişdi.

Dünən namizədlər Amerikanın İŞİD-lə mübarizəsi üçün yararsız olduqlarına dair biri-digərinə hücum edib.

Tramp Klintonun terror təhlükəsindən xəbəsiz olduğunu və bununla prezidentliyə yaramadığını irəli sürüb.

Klinton isə Trampın müsəlmanlara qarşı retorikalarını terroristləri sıralarına əlavə insanları cəlb etməsinə təşviq adılandırıb.

Demokrat namizəd Hillari Klinton və respublikaçı namizəd Donald Tramp arasında ilk debat "Amerikanın siyasi kursu", "Çiçəklənməyə nail olunması" və "Amerikanın təhlükəsizliyinin təmin edilməsi" kimi üç mövzunun hər birinə həsr olunmuş 15 dəqiqəlik hissədən ibarət olacaq.

Namizədlərin hər birinə sual-cavab üçün iki dəqiqə veriləcək.

Prezidentliyə namizədlərin eyni zamanda bir-birinə cavab vermək imkanı da olacaq.

ABŞ prezidentliyinə namizədlər arasında üç debatdan birincisi sentyabr ayının 26-na təyin olunub.

XS
SM
MD
LG