Accessibility links

Dövlət katibi Klinton Türkiyədə mətbuat azadlığına görə narahatlığını ifadə edib

  • Amerikanın səsi

Dövlət katibi Klinton Türkiyədə mətbuat azadlığına görə narahatlığını ifadə edib

Dövlət katibi Klinton Türkiyədə mətbuat azadlığına görə narahatlığını ifadə edib

ABŞ Dövlət katibi Hillari Klinton Türkiyə mətbuatının 60 jurnalistin həbsdə olduğu haqda məlumatlarından sonra Türkiyədə media azadlığına görə narahatlığını ifafə edib. Xanım Klinton bu gün İstanbulda deyib ki, jurnalistlərin təqib olunmasına ehtiyac yoxdur və bu, Türkiyənin maraqlarına xidmət etmir. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlüyə namizədin bu addımı ölkənin digər sahələrdə əldə etdiyi inkişaflarlar bir araya sığmır. ABŞ Dövlət katibi Türkiyədə siyasi və iqtisadi inkişaflardan razılığını bildirib. O deyib ki, Türkiyənin demokratik ənənələri regionun başqa ölkələri üçün nümunə olmalıdır. Dövət katibi Klinton bu gün Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu ilə görüşür.

XS
SM
MD
LG