Accessibility links

Dövlət katibi Klinton:"ABŞ İran xalqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə çalışır" (VİDEO VƏ AUDİO)

  • Amerikanın səsi

Dövlət katibi Klinton:"ABŞ İran xalqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə çalışır" (VİDEO VƏ AUDİO)

Dövlət katibi Klinton:"ABŞ İran xalqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə çalışır" (VİDEO VƏ AUDİO)

ABŞ Dövlət katibi bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır

ABŞ Dövlət katibi Hillari Klinton Amerikanın səsinə müsahibə zamanı deyib ki, o, İranda diktatura olduğunu düşünür.

Xanım Klinton İranda hərbi diktatura məsələsinə əvvəllər də toxunmuşdu. Amma Amerikanın səsinə müsahibədə ABŞ dövlət katibi məsələyə ən kəskin bir şəkildə münasibət bildirmişdir.

XaNım Klinton İran rəhbərliyinin seçkili prezident postunu ləğv edə bilməsilə bağlı xəbərlərə toxunub. O deyib ki, silahlı qüvvələrin elitar qanadı olan İnqilab Mühafizəçiləri ölkə iqtisadiyyatına getdikcə daha çox cəlb olur. “Qüds qvardiyası və təhlükəsizlik qüvvələrinin başqa elementləri maliyyə işlərinə müdaxilə edir və müəyyən iqtisadi müəssisələri ələ keçirir. Bununla onu nəzərdə tuturam ki, İran belə görünür, hakimiyyətin hərbi çevriliş yolu ilə ələ keçirilməsi yolundadır.” -deyə dövlət katibi Klinton bildirib.

Xanım Klinton deyib ki, Birləşmiş Ştatlar İranın nüvə silahları istehsal etmək səylərinə son qoyması üçün daha artıq sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir. “Rejimin nüvə silahları proqramı üzərində işlədiyi tamamilə aydın olduqdan sonra BMT daha güclü sanksiyalar tətbiq etdi. Hamı inanır ki, gizli fəaliyyətlər, gizli obyektlər, yanlış informasiyanın verilməsi-bütün bunlar rejimin qeyri-sabitlik yaradacaq nüvə silahları istehsal etmək səylərinin bir hissədir”-deyə dövlət katibi Klinton bildirib.

Lakin ABŞ Dövlət katibi deyib ki, Birləşmiş Ştatlar sankiyaların tətbiq edilməsi və diplomatiyanın davam etdirilməsi kimi iki istiqamətdə fəaliyyət göstərir.

Xanım Klinton Amerikanın səsinə müsahibəni İnqilab Keşiklərinin Qüds qvardiyasının Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdindən iki həftə sonra verib.

Dövlət katibi İranın Amerikada Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdinə dair ciddi dəlillərin olduğunu deyib. O bildirib ki, ABŞ hökuməti İran hökuməti ilə qarşıdurma yaranmasını istəmir, lakin İranda demokratik islahatların keçirilməsini istəyənləri dəstəkləyir.

ABŞ Dövlət katibi Amerikanın səsinin fars xidməti PNN-nin Parazit proqramı üçün müsahibədə İran xalqına birbaşa müraciət edib. O deyib ki, Birləşmiş Ştatlar bu ilin sonuna qədər Tehranda “virtual səfirlik” açacağına ümid bəsləyir. Dövlət katibinin sözlərinə görə, Amerika iranlılarla münasibətlərin yaxşılaşdırılmasını istəyir və iranlı tələbələri Birləşmiş Ştatlarda təhsil almağa təşviq edir. “Diplomatik münasibətlərin olmamasına baxmayaraq, biz Tehranda virtual səfirlik açmağa hazırlaşırıq. Bu veb səhifə ilin sonuna qədər açılacaq. Biz xüsusilə də tələbələrlə təmas qurmağa çalışacağıq və onları Birləşmiş Ştatlarda təhsil almağa təşviq edəcəyik. Bununla yanaşı, biz digər mübadilə yolları da axtaracağıq” -deyə dövlət katibi Klinton bildirib.

Klinton deyib ki, Birləşmiş Ştatlar İran hökumətinin dəyişikliklər etdiyini, insan hüquqlarına və öz xalqının istəklərinə hörmət etdiyini görmək istəyir.

XS
SM
MD
LG