Accessibility links

Nazir Məmmədyarov ABŞ dövlət Katibi ilə görüşünü uğurlu adlandırıb (video)


Nazir Məmmədyarov ABŞ dövlət Katibi ilə görüşünü uğurlu adlandırıb (video)

Nazir Məmmədyarov ABŞ dövlət Katibi ilə görüşünü uğurlu adlandırıb (video)

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Azərbaycan və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi və dərinləşməsinin əhəmiyyətini və ABŞ-ın regiona sülh gətirmək səylərini qeyd etdi. Onun sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində oldu

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Vaşinqtonda ABŞ Dövlət katibi Hillari Klintonla görüşüb. Görüşdən öncə mətbuat üçün açıqlama verən Dövlət katbi Klinton Azərbaycan və ABŞ arasında strateji əlaqələrin əhəmiyyətini vurğuladı və iki ölkənin ikitəfərli əməkdaşlıq sahəsində, regional və qlobal məsələlər üzərində birgə iş apardığını qeyd etdi. “Biz əlaqələrimizi genişləndirmək və dərinləşdirmək, eyni zamanda, Minsk qrupu vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərini davam etdirmək işinə sadiq qalırıq.”-deyə Dövlət katibi Klinton bəyan etdi.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi və dərinləşməsinin əhəmiyyətini və ABŞ-ın regiona sülh gətirmək səylərini qeyd etdi.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycan Xarici İşlər naziri ABŞ Dövlət katibi ilə ikitərəfli münasibətləri əhatə edən geniş məsələlərin müzakirə edildiyini bildirdi. Onun sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində oldu.

Xarici işlər naziri Məmmədyarovun dövlət katibi Klintonla görüşdən sonra jurnalistlərin suallarına cavablarını aşağıdakı videoda izləyin.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG