Accessibility links

Corc Kluni:"Bu, sülhə doğru ilk addımdır"

  • Amerikanın səsi

Corc Kluni:"Bu, sülhə doğru ilk addımdır"

Corc Kluni:"Bu, sülhə doğru ilk addımdır"

Aktyor Corc Kluni bu günlər Sudanın cənubunda referendumun gedişini izləyir. Referendum Afrikanın bu ən böyük ölkəsinin bölünməsi ilə nəticələnə bilər. Əgər bu baş versə, neftlə zəngin, lakin inkişaf etməmiş cənub prezident Ömər əl-Bəşirin idarə etdiyi şimaldan ayrılacaq. Prezident Bəşir referendumun nəticələrini qəbul etməyə və cənuba yardım etməyə söz verib. Şimal və cənub isə bir sıra məsələləri müzakirə etməlidir, buraya neftlə zəngin Abyei regionun gələcəyi də daxildir.

Corc Kluni artıq bir neçə ildir beynəlxalq ictimiayyətin diqqətini Sudanın cənubunda vəziyyətə yönəltməyə çalışır. O deyir ki, çox kövrək siyasi və sosial balans asanlıqla pozula bilər.

“Bu, sülh yolunda birinci addımdır.....Nil çayının yuxarı bölgələri və xüsusilə də Abyei kimi məsələlər sülhün dərhal pozulmasına gətirib çıxara bilər.”

Səsvermədən öncə üsyançı qruplar arasında qanlı toqquşma baş verib. Lakin hücumlara baxmayaraq, Sudanın cənubunun paytaxtı Cubada referendumla bağlı böyük həyəcan yaşanır.

Referendumun baş tutması üçün əksəriyyətin müstəqilliyə səs verməsi lazımdır. Bu, qeydiyyatdan keçmiş 3,9 milyon seçicinin 60 faizinin səsvermədə iştirak etməsi deməkdir. Müstəqilliyə səs verildikdə, bu ilin iyul ayında dünya xəritəsində yeni bir dövlət meydana gələcək.

Birləşmiş Ştatlar referendumu xarici siyasət sahəsində prioritetlərdən biri etmiş və Xartum səsverməyə mane olmadığı təqdirdə Sudanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmağa söz vermişdir.

ABŞ senatoru Con Kerri şənbə günü Sudanın cənubunun prezidenti Salva Kiirlə görüşüb. ABŞ-ın keçmiş prezidenti cimmi Karter də Sudanda referendumu izləyir.

XS
SM
MD
LG