Accessibility links

Cənubi Afrikada dövlət qulluqçuları tətil edir


Cənubi Afrikada dövlət qulluqçuları tətil edir

Cənubi Afrikada dövlət qulluqçuları tətil edir

Cənubi Afrika prezidenti Yakob Zuma hökumət nazirlərinə dövlət xidməti sektorunda 13 gün sürən tətilə son qoymaq üçün danışıqlara başlamaq barədə göstəriş verib. Cənab Zumanın sözçüsü bildirib ki, prezident son bir neçə gün ərzində nazirlərlə görüşüb və ölkənin maraqları naminə onlara qarşıdurmaya son qoymağı tapşırıb. Prezident xüsusilə tətilin səhiyyə və təhsil sektorlarına təsirindən narahatdır. Dövlət qulluqçuları avqunstun 18-də tətilə çıxaraq bütün ölkə boyu məktəblərin və xəstəxanaların fəaliyyətini dayandırıblar. Cənubi Afrikanın aparıcı əmək federasiyası olan KOSATU cənab Zumanın şərhlərini alqışlamış və qarşıdurmanın hər iki tərəfə məqbul nəticə ilə həll olunacağına ümidini izhar etmişdir.

XS
SM
MD
LG