Accessibility links

Cənubi Karolina praymerizinə bir gün qalır

  • Amerikanın səsi

Cənubi Karolina praymerizinə bir gün qalır

Cənubi Karolina praymerizinə bir gün qalır

Cənubi Karolina ştatında Respublikaçılar praymerizinə bir gün qalmış prezidentliyə iddialıların sayı dördə enib.

Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriç, Texas konqresmeni Ron Pol, sabiq Massaçusets qubernatoru Mitt Romni və sabiq Pennsivlania senatoru Rik Santorum dünən gecə keçirilən debatda iş yerləri, səhiyyə və liderlik mövzularında debata qatılıblar.

Debatın başlanğıcında jurnalistin Gingriçin keçmiş həyat yoldaşının ittihamları ilə bağlı sual verməsi Gingriçi qəzəbləndirib. Spikerin keçmiş xanımı müsahibədə deyib ki, Gingriç aşnası ilə münasibətlərini saxlamaq üçün ona “açıq nikah” təklif edib və o, bunu rədd edib.

Gingriç bu hekayənin tamamilə yalan olduğunu və ona qarşı “elitar medianın” qərəzini nümayiş etdirdiyini söyləyib.

Romni özünü investisiya firmasına rəhbərlik etdiyi zaman iş yerlərini ixtisara salması barədə ittihamlardan müdafiə edib. O, əksinə, şirkətlər minlərlə yeni iş yerləri açmaqda yardım etdiyini bildirib. O, uğurlu biznesmen olduğuna görə üzr istəməyəcəyini deyib.

Santorum və Romni Texas konqresmeni Ron Polu hərbi xərclərdə ixtisar ölanlaşdırdı\ğəna görə tənqid ediblər. İddialıların hamısı prezident Barak Obamanı səhiyyə planı və qeyri-qanuni mühacirətlə bağlı kifayət qədər iş görmədiyinə görə tənqid atəşinə tutublar.

XS
SM
MD
LG