Accessibility links

Cənubi Koreya gəminin batırılmasına cavab olaraq genişmiqyaslı hərbi təlimlərə başlayıb


Cənubi Koreya gəminin batırılmasına cavab olaraq genişmiqyaslı hərbi təlimlərə başlayıb

Cənubi Koreya gəminin batırılmasına cavab olaraq genişmiqyaslı hərbi təlimlərə başlayıb

Dəniz təlimləri Cənubi Koreya və ABŞ qüvvələri arasında ötən həftədən başlanmış birgə hərbi manevrlərin davamıdır

Cənubi Koreya gəminin batırılmasına cavab olaraq qərb sahillərindən genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təxminən 30 döyüş gəmisi və sualtı qayıq, 50 təyyarə və 4500 hərbiçi Sarı Dəniz yaxınlığında Şimal ilə mübahisəli sərhəddə sualtı qayıqlar əleyhinə təlimlərdə iştirak edirlər. Təlimlər bazar ertəsinə qədər davam edəcək. Dəniz təlimləri Cənubi Koreya və ABŞ qüvvələri arasında ötən həftədən başlanmış birgə hərbi manevrlərin davamıdır. Manevrlər mart ayında Çeonan gəmisinin batırılmasından dərhal sonra başlamışdır. Beynəlxalq təhqiqat bildirib ki, Çeonan gəmisi Şimali Koreyaya aid sualtı qayıq tərəfindən batırılıb. Pxenyan hadisəyə görə məsuliyyət daşımadığını bildirib. Şimali Koreya çərşənbə axşamı Cənubi Koreyanın hərbi dəniz təlimlərinə güclü cavab verəcəyi ilə hədələyib.

XS
SM
MD
LG