Accessibility links

Cənubi Koreya hökuməti Şimali Koreya ilə mümkün zirvə görüşü keçirəcəyini inkar edir


Li Conq-cu bildirib ki, Cənubi Koreya ilə Şimali Koreya arasında dövlət səviyyəsində heç bir danışıqlar keçirilməyib

Cənubi Koreya hökuməti Şimali Koreya ilə mümkün zirvə görüşü barədə danışıqlar aparılacağı haqda qəzetdə dərc olunan məlumatı inkar edir. Birləşmə Nazirliyinin sözçüsü Li Conq-cu müxbirlərə bu gün bildirib ki, Cənubi Koreyanın Donq-a İlbo qəzetində çıxan məlumatı əsassızdır və Şimali Koreya ilə dövlət səviyyəsində heç bir danışıqlar keçirilməyib. Donq-a İlbo yazır ki, ötən ilin sonunda iki tərəfin nümayəndələri mümkün zirvə görüşünə dair bir sıra danışıqlar keçiriblər. Qəzet hökumət mənbələrindən əldə etdiyi məlumata əsasən bildirib ki, Cənubi Koreyanın danışıqlar üzrə rəsmisi Koreyalar arası zirvə görüşünə ev sahiblik edəcəyi və danışıqlardan birində Pxenyanı iqtisadi yardımla təmin edəcəyinə söz verib. Lakin Donq-a İlbo-nun yazdığına görə Cənubi Koreya rəsmiləri Kaesonq sərhəd şəhərinə səyahət edib və şimali həmkarlarına vəziyyətin dəyişdiyinə görə zirvə görüşünün baş tutmayacağını bildiriblər.

XS
SM
MD
LG