Accessibility links

Cənubi Koreya hərbi gəmisinin batırılması haqda bəyanat bu gün təsdiqləndi


Cənubi Koreya hərbi gəmisinin batırılması haqda bəyanat bu gün təsdiqləndi

Cənubi Koreya hərbi gəmisinin batırılması haqda bəyanat bu gün təsdiqləndi

Çinin maraqlarını nəzərə alaraq hadisədə günahkar kimi konkret ölkə adı çəkilməyib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu ilin əvvəli Cənubi Koreya hərbi gəmisinin batırılması pislənən bəyanatı bu gün yekdilliklə təsdiq edib. Şuranın prezidenti tərəfindən oxunan bəyanat baş vermiş hadisəyə görə məsuliyyət daşıyanlara qarşı dinc müvafiq ölçülər götürülməsinə çağırır. Lakin bəyanatda Çinin maraqlarını nəzərə alaraq hadisədə günahkar kimi konkret ölkə adı çəkməyib. Buna baxmayaraq bəyanat beynəlxalq təhqiqad nəticəsində hərbi gəminin Şimali Koreyaya məxsus sualtı qayıq tərəfindən batırıldığının təsdiqlənməsinə görə narahatçılığını bildirir. ABŞ və Cənubi Koreya rəsmiləri deyib ki, dəlillər çoxdur. Lakin bu gün Tokyoda iki amerikalı professor araşdırmanın qanuniliyi haqda dərin şübhələri olduqlarını bildiriblər. Şımali Koreya hadisədə günahkar olduğunu inkar edir. Şimali Koreyanın yaxın müttəfiqi Çin hadisəyə görə Pxenyanın günahladırılmasını qeyri- qanuni hesab edib.

XS
SM
MD
LG